“Qarabağ”ın rəqibi “Linfild”ə məğlub oldu

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Linkoln” növbəti yoxlama matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəbəllüttariq təmsilçisi İspaniyadakı təlim-məşq toplanışı çərçivəsində Şimali İrlandiyanın “Linfild” kollektivi ilə qarşılaşıb.

Oyun “Linfild”in 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Linkoln”un yeganə qolunu Filippindən olan hücumçusu Kike Qomes vurub.

Xatırladaq ki, Cəbəllüttariq çempionu bundan əvvəl daha iki yoxlama görüşü keçirmişdi. Əvvəlcə İraq millisinə 1:2 hesabı ilə uduzmuş bu komanda İspaniyanın aşağı liqa klublarından “Almunesar Siti”yə 5:0 hesabı ilə qalib gəlmişdi.

“Qarabağ”ın rəqibi yeni mövsümün hazırlığına mayın 30-dan etibarən başlayıb.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında birinci mərhələnin oyunları 11/12 iyul və 18/19 iyulda olacaq. “Qarabağ” “Linkoln”la ilk görüşünü ayın 11-də səfərdə, cavab oyununu isə ayın 19-da Bakıda keçirəcək. Bu iki komanda arasında baş tutacaq oyunların təqvimini və təyinatlarını bir daha xatırladırıq:

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi

İlk oyun
11 iyul

19:30. “Linkoln” – “Qarabağ”
Hakimlər: Vitali Spasyonnikov, Raymond Tatrik, Artur Şakurov, Aleksandr Anufriyev (hamısı Latviya).
Cəbəllüttariq. “Viktoriya” stadionu.

Cavab oyunu
19 iyul

20:00. “Qarabağ” – “Linkoln”
Hakimlər: Eldoryan Hamiti, Ridiger Çokay, Ani Koçyay, Çyapi Kreşnik (hamısı Albaniya).
Bakı Olimpiya Stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: