Futzal üzrə dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, oktyabrın 11-də Astanada baş tutacaq bu oyunu Bolqarıstandan olan hakimlər idarə edəcəklər.
Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, elit mərhələdə 2 turdan sonra Qazaxıstan yığması 6 xalla birinci, millimiz isə 3 xalla qrup üçüncüsüdür.
DÇ-2024-ün elit-raund mərhələsi
11 oktyabr
Qazaxıstan – Azərbaycan
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvo Tsenov (Hakimlər briqadası Bolqarıstandandır).
Hakim-isnpektor: Silvo Borosak (Sloveniya).
UEFA nümayəndəsi: Morten Engebretsen (Norveç).
Astana, Jekpe Jek. Saat 18:00.


