Futbol üzrə Qazaxıstan millisinin Ermənistan və Azərbaycan yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Baş məşqçi Maqomed Adiyev genişləndirilmiş heyətdə 34 futbolçuya yer verilib.
Qeyd edək ki, qazaxlar iyunun 7-də Ermənistan yığması ilə qarşılaşacaq. Qazaxıstan və Azərbaycan yığmaları arasındakı qarşılaşma isə iyunun 11-də baş tutacaq.
Qapıçılar: İqor Şatski (“Aktobe”), Bekhan Şayzada (“Ordabası”), Danil Ustimenko (“Kayrat”), Aleksandr Zarutski (“Astana”);
Müdafiəçilər: Aleksandr Maroçkin, Yan Voroqovski, Marat Bıstrov (hamısı “Astana”), Erkin Tapalov, Roman Asrankulov, Ruslan Valiullin (hamısı “Tobol”), Baqdat Kairov, Alibek Kasım, Adilxan Tanjarikov (hamısı “Aktobe”), Sergey Malıy, Temirlan Erlanov (hər ikisi “Ordabası”), Adilxan Dobay (“Jetısu”), Mixail Qabışev (“Elimai”), Nuralı Alip (“Zenit”, Rusiya), Aleksandr Zuyev (“Arsenal”, Rusiya);
Yarımmüdafiəçilər: Asxat Taqıbergen, Baurıjan İslamxan, Aybol Abiken (hamısı “Ordabası”), Maksim Samorodov, Ramazan Orazov, Arman Kenesov (hamısı “Aktobe”), Abzal Beysebekov, İslambek Kuat (hər ikisi “Astana”), Adılet Sadıbekov (“Kayrat”), İslam Çesnokov (“Tobol”);
Hücumçular: Ramazan Karimov, Elxan Astanov (hər ikisi “Astana”), İvan Sviridov (“Elimai”), Vladislav Prokopenko (“Jenis”), Abat Aimbetov (“Adana Dəmirspor”, Türkiyə).


