Quliyev və Sadıqov oynadı, “Ximki” kubokda yenə uduzdu

Azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqov Rusiyanın “Ximki” komandasında növbəti matça çıxıblar. Arena.az xəbər verir ki, onlar Rusiya kubokunun qrup mərhələsi çərçivəsində baş tutan Moskva “Lokomotiv”i ilə qarşılaşmanın iştirakçısı olublar.

“Ximki” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Azərbaycanlı futbolçuların hər ikisi meydana start heyətdə çıxıb. Lakin Ayaz Quliyev fasilədə, İlya Sadıqov isə 59-cu dəqiqədə əvəzlənib.

“Ximki” qrup mərhələsində geridə qalan 4 turdan sonra cəmi 1 xal toplayıb və sonuncu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: