Rafael Santos Borre “Ayntraxt”da

Kolumbiya milli komandasının üzvü Rafael Santos Borre karyerasını Almaniyada davam etdirəcək. Arena.az xəbər verir ki, 25 yaşlı hücumçu “Ayntraxt” (Frankfurt) klubuna keçib.

Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Borre ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

2015-2017-ci illər aralığında “Atletiko”da çıxış edən hücumçunun son klubu Argentina “River Pleyt”i olub. Rafael Santos Borre “Ayntraxt”a azad agent kimi keçib.

“Deportivo Kali” klubunun yetirməsi olan kolumbiyalı oyunçu, 2016/17 mövsümündə “Vilyarreal”ın da uğurları üçün çalışıb.