Polşanın LKS klubunun mərkəz müdafiəçisi Rahil Məmmədov Azərbaycan milli komandasının düşərgəsindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Macarıstanın Sombatxey şəhərində təlim-məşq toplanışında olan fubol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Müdafiəçi Rahil Məmmədov məşqçinin icazəsi ilə düşərgəni tərk edib. Onun Albaniya ilə yoldaşlıq görüşündən sonra düşərgəni tərk etməsi öncədən razılaşdırılmışdı.
Əvəzində viza problemi həll olunan digər müdafiəçi – “Sumqayıt”ın futbolçusu Elvin Bədəlov milli komandaya qoşulub.
Xatırladaq ki, ötən gün baş tutan Albaniya ilə yoxlama görüşündə 1:3 hesabıyla uduzan milli komandamızı qarşıda Qazaxıstanla qarşılaşma gözləyir. Macarıstanda keçiriləcək bu oyuna da saat 18:00-da start veriləcək.


