Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Latviya çempionatının 28-ci turu çərçivəsində baş tutan “Tukums 2000” ilə matçın iştirakçısı olub.
“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:3.
Ramin bu matçın 33-cü dəqiqəsində meydana buraxılıb. Əvvəlki turlarda 2 qol və 3 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib.
“Dauqavpils” 28 turdan sonra 25 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. O, indiyə qədər bu komandanın heyətində 29 oyuna çıxıb, 2 qola və 3 assistə imza atıb.


