Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçusu – Ramin Nəsirli ilə də yeni müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
2024-cü ilin əvvəlində bu komandaya keçən Nəsirli yeni mövsümdə də “qırmızı-ağlar”ın heyətində yer alacaq. Azərbaycanın U-21 millisinə də cəlb olunan yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir.
Xatırladaq ki, Ramin Nəsirli geridə qalmış 2023/2024 mövsümündə “Araz-Naxçıvan”ın heyətində 12 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. “Neftçi”nin yetirməsi olan futbolçu “Araz-Naxçıvan”dan öncə Latviyanın “Dauqavpils” klubunda da forma geyinib.
“Araz-Naxçıvan” buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayevlə də sözləşmənin müddətini uzatmışdı. Naxçıvan təmsilçisi Tərlan Əhmədov, Ürfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovu da transfer edib.


