Azərbaycanlı yarımmüdafiəçi, “Neftçi”nin yetirməsi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Latviya çempionatında mövsümün sonuncu – 36-cı turu çərçivəsində baş tutan “Auda” ilə matçın iştirakçısı olub.
“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:1.
Ramin bu matça start heyətdə başlayıb və 60-cı dəqiqədə əvəzlənib. Azərbaycanlı yarımmüdafiəçi mövsümün son matçında fərqlənə bilməyib.
Beləliklə, “Dauqavpils” 36 oyuna topladığı 36 xalla mövsümü 10 iştirakçı arasında 7-ci pillədə başa vurub.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”ə 2023-cü ilin sonuna kimi icarəyə verilib. O, bu komandanın heyətində 37 oyuna çıxıb, 3 qola və 4 assistə imza atıb.


