Ramin Nəsirli “Neftçi”ni bu kluba dəyişdi – Özəl

Ötən ilin sonunda “Neftçi”dən ayrılan yarımmüdafiəçi Ramin Nəsirli bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az saytının əldə etdiyi məlumata görə, 21 yaşlı futbolçu ilə Naxçıvan klubu arasında 6 ay + 1 il şərti ilə müqavilə imzalanıb.

Gənc futbolçu yeni klubuna azad agent kimi qoşulub. Buna onun ötən ilin dekabr ayında “Neftçi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verməsi şərait yaradıb.

Xatırladaq ki, Ramin Nəsirli “Neftçi”nin yetirməsidir. Yarımmüdafiəçi 2023-cü ili icarə əsasında Latviyanın “Dauqavpils” klubunda keçirib. O, geridə qalan ildə bu komandanın heyətində 37 oyuna çıxıb, 3 qola imza atıb və 4 məhsuldar ötürmə müəllifi olub. “Dauqavpils”dən icarədən qayıdandan sonra o, “Neftçi”dən də ayrılmağa qərar verib.

Nəsirli vaxtilə “Neftçi”nin əsas komandasında 5 oyun keçirib, 1 qola imza atıb. O, Azərbaycanın U-21 yığmasında da 6 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: