Ramin Nəsirli oynadı, komandası 1/8 finalda uduzdu

Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, bu gün Latviya kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan “Auda” ilə matçın iştirakçısı olub.

“Dauqavpils” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:4. Nəticədə “Dauqavpils” ölkə kubokunda mübarizəni dayandırıb.

Ramin bu matçın start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Bu mövsüm çempionat oyunlarında 2 qol və 2 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə də fərqlənə bilməyib.

Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: