Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, bu gün Latviya çempionatının 21-ci turu çərçivəsində baş tutan “Super Nova” ilə matçın iştirakçısı olub.
“Dauqavpils” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan qələbə ilə ayrılıb – 2:0.
Ramin bu matçda fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. Əvvəlki turlarda 2 qol və 1 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə də fərqlənib. O, komandasının 87-ci dəqiqədə vurduğu ikinci qol zamanı məhsuldar ötürmə müəllifi olub.
“Dauqavpils” 21 turdan sonra 21 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək


