Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Latviya çempionatının 30-cu turu çərçivəsində baş tutan “Super Nova” ilə matçın iştirakçısı olub.
“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan qələbə ilə ayrılıb – 1:0.
Ramin bu matça start heyətdə başlayıb və 77-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 2 qol və 3 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib.
“Dauqavpils” 30 turdan sonra 29 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. O, indiyə qədər bu komandanın heyətində 31 oyuna çıxıb, 2 qola və 3 assistə imza atıb.


