Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, bu gün Latviya çempionatının 23-cü turu çərçivəsində baş tutan “Valmiera” ilə matçın iştirakçısı olub.
“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan qələbə ilə ayrılıb – 1:0.
Ramin bu matçın start heyətində meydana çıxıb və 90+5-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 2 qol və 2 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə də fərqlənə bilməyib.
“Dauqavpils” 23 turdan sonra 25 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək.


