Ramin Nəsirli üçün yarım saat və 1 xal

Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, bu gün Latviya çempionatının 22-ci turu çərçivəsində baş tutan “Metta/LU” ilə matçın iştirakçısı olub.

“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan heç-heçə ilə ayrılıb – 0:0.

Ramin bu matçın 61-ci dəqiqəsində meydana buraxılıb. Əvvəlki turlarda 2 qol və 2 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə də fərqlənə bilməyib.

“Dauqavpils” 22 turdan sonra 22 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: