“Qəbələ” İdman Klubu və MMA döyüşçüsü Ramin Sultanov arasında müqavilə imzalanıb. Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, idmançı ilə anlaşma müddəti bir ili əhatə edir.
Ramin Sultanov yüngül çəkidə “Eagle FC” çempionudur. O, bu kəmərə 2023-cü ilin noyabrında sahib olub.
Peşəkar karyerasına 2019-cu ildə başlayan idmançı indiyədək 10 döyüş keçirib. Onun aktivində 9 qələbə var.




