“Real” doğma stadionunun adını dəyişəcək

Madrid “Real”ının rəhbərliyi “qaymaqlılar”ın doğma stadionu olan “Santyaqo Bernabeu”nun adını dəyişmək qərarına gəlib.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, İspaniya nəhənginin doğma arenasının adı sadələşdiriləcək. Belə ki, stadion sadəcə, “Santyaqo”suz “Bernabeu” adlandırılacaq. Stadionun adının dəyişdirilməsinin kommersiya məqsədi daşıdığı vurğulanır.

İspaniya La Liqasının cari mövsümünün 18 oyunundan 40 xal toplamış “Real” yarış cədvəlinin 2-ci pilləsindən lider Madrid “Atletiko”sunu daban-daban təqib edir. “Döşəkçilər”in 41 xalı var.

“Real” növbəti görüşündə La Liqanın 12-ci turundan təxirə salınmış oyun çərçivəsində “Valensiya”nın “qonağı” olacaq. Oyun 2025-ci ilin yanvar ayının 3-də keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: