İspaniyanın “Real” (Madrid) klubu 2022/2023 mövsümünün maliyyə hesabatını açıqlayıb. Arena.az bu barədə paytaxt təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
“Real” hesabat dövrünü 12 milyon avro gəlirlə başa vurub.
Transferlər nəzərə alınmadan gəlir 843 milyon avro təşkil edib. Bu məbləğ “Kral klubu”nun 757 milyon avro qazandığı pandemiyadan əvvəlki 2018/2019 mövsümündəki gəlirini ilk dəfə üstələyib.
Klubun gəlirlərinin əvvəlki mövsümlə müqayisədə 17% artdığı qeyd edilir. “Real”ın xalis borcu 263 milyon avrodan 47 milyon avroya azalıb.
“Kral klubu”nun öz kapitalı ilin yekunlarına görə 558 milyon avro təşkil edib. Klubun maliyyə vəziyyəti stabil olaraq qiymətləndirilir.
Həmçinin “Santyaqo Bernabeu”nun yenidən qurulmasının plana uyğun olaraq davam etdiyi vurğulanır. İşlərin əsas hissəsinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.


