“Real” “Santyaqo Bernabeu” üçün növbəti kreditə girir

“Real” “Santyaqo Bernabeu”nun yenidən qurulması üçün 375 milyon avro məbləğində üçüncü kreditini götürəcək.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Noyabrın 11-də “Real” rəhbərliyi klubun ötən mövsüm üçün hesabatlarını və cari ilin büdcəsini təqdim edəcək. Bundan əlavə, bu iclasda klubun stadionunun yenidən qurulması üçün kreditlə bağlı yeni müraciətə baxılacaq. Bu, “Real” rəhbərliyinin “Santyaqo Bernabeu”nun yenidən qurulması üçün götürəcəyi üçüncü kredit olacaq.

575 milyon avro məbləğində ilk kredit stadionun bağlanmasına lazım olan bütün infrastruktur üçün ayrılıb.

“Santyaqo Bernabeu”nun müasirliyə doğru dəyişdirilməsində ikinci addım hipogeumun, hər oyundan sonra otların böyüdüyü və yalnız futbolda deyil, həm də digər məqsədlərlə istifadə oluna biləcəyi “istixana”nın yaradılması olub. “Kral klub”u bunun üçün 225 milyon avro kredit götürüb.

Stadionda işlər hazırda yekun mərhələsindədir və avtomobil dayanacaqları, interyerin təkmilləşdirilməsi və inflyasiya ilə əlaqədar digər xərclər üçün əlavə 375 milyon avroya ehtiyac var.

Bundan əlavə, “Real”ın stadionun istifadəsindən əldə ediləcək vəsaitdən gəlir götürmək üçün zəmanəti var. Belə ki, “Kral klubu”nun bu işdə “Sixth Street” və “Legends” şirkətləri ilə 20 illik müqaviləsi var və bunun əsasında “Real” 360 milyon avro qazanc əldə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: