Region Liqasında “Göyəzən” – “Xankəndi” finalına doğru

AFFA-nın bayrağı altında təşkil edilmiş Region Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyunlarda “Göyəzən” və “Xankəndi” komandalar darmadağına imza ataraq finala vəsiqə yolunda önəmli addım atıblar.

Qeyd edək ki, Region Liqasında yarımfinal mərhələsinin cavab görüşləri mayın 17-18-də keçiriləcək.

AFFA Region Liqası
Yarımfinalın ilk oyunları

“Göyəzən” – “Şirvan” 4:1
Qollar: Arzuman Vəliyev, 13; 27. Elgün Qəhramanov, 56. Ümid Mahmudov, 79 – Elgün Xəlilov, 90+1.

“Xankəndi” – “Ağstafa Gəncləri” 4:0
Qollar: Pərviz Qaraxanov, 6; 72. Kamran Hüseynov, 38-öz qapısına. Sərxan Ağayev, 60.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: