Bu gün AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi təşkil olunub.
Arena.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutmuş tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib.
Həmçinin iştirakçı komandaların 1/4 final və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.
1/8 finalın cütləri belədir:
“Göyəzən” – “Biləsuvar”
“Record Club” – “Bərdə”
“Xudat City” – “Şirvan”
“Marafon” – “Dirçəliş”
“Çinar Zəngilan” – “Şirvan” OİK
“Xankəndi” – “Topçular”
“Ağstafa Gəncləri” – “Şirvanovka”
“Zəfər 44” – “Naftalan”
Qeyd edək ki, Region Liqasında 1/8 final mərhələsi bir, 1/4 final və yarımfinal mərhələləri iki oyundan ibarət olacaq. 1/8 finalın matçları aprelin 26-27-də keçiriləcək. Bu raundda cütlərdə birinci göstərilən komandalar ev sahibləri olacaqlar.