Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov bundan sonra “Bukovina”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Ukrayna klubunun mətbuat xidməti məlumat yayıb.
Çernovtsı təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, 27 yaşlı forvardla 1+1 illik müqavilə imzalanıb. Təcrübəli hücumçu yeni komandasında 9 nömrəli formada çıxış edəcək. O, Ukrayna klubuna azad agent kimi qoşulub.
Renat Dadaşov ötən mövsümü Polşanın “Motor” (Lyublin) klubunda keçirib. Lyublin klubunun heyətində meydana çıxdığı 22 oyunda heç bir məhsuldar fəaliyyəti ilə yadda qala bilməyib.
Xatırladaq ki, Dadaşov 2024/2025-ci illər mövsümünü Polşanın digər klubu “Radomyak”da keçirmişdi.
Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 45 oyunda 7 qol, 2 məhsuldar ötürmə müəllifi olub.


