Bir neçə saat əvvəl britaniyalı milyarder Cim Retklifin “Mançester Yunayted”in 25%-lik səhm payını alması üzrə danışıqlar başa çatıb.
Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, cari həftə ərzində “Ineos” (Retklifin icraçı direktoru olduğu transmilli kimya şirkəti – redaktorun qeydi) və klubunun cari sahibləri Qleyzer ailəsinin nümayəndələri bu xüsusda fəal surətdə işləyiblər. Bu işdə məqsəd danışıqlarda son nöqtənin qoyulması, bütün lazımi icazələrin alınması mərhələsinə və əməliyyatın təsdiqi prosesinə keçiddən ibarət olub.
Uğurlu danışıqlara rəğmən, Retklifin İngiltərə klubundakı payının Premyer Liqa rəhbərliyi və digər tənzimləyici qurumlar tərəfindən təsdiqlənməsinin dərhal deyil, bir neçə həftə ərzində icra ediləcəyi vurğulanır.
Tərəflər arasında tam razılıq britaniyalı milyarderə səsvermə hüququ qazanmağa imkan verəcək. Cim Retkliff klubun idman hissəsi ilə bağlı ən vacib qərarları qəbul edərkən bu üstünlüyündən istifadə edə biləcək.


