Gələn mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şamaxı” daha bir futbolçusu – Roman Hüseynov ilə də yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müqaviləsinin müddəti başa çatan Roman Hüseynov komandanı tərk edib. O, bu ilin yanvar ayından Şamaxının eyniadlı təmsilçisinin uğurları üçün çalışırdı. “Qəbələ”nin yetirməsi olan 26 yaşlı mərkəz yarımmüdafiəçisi karyerası ərzində “Kəpəz”, “Sumqayıt”, “Mingəçevir” kimi klubların da formasını geyinib.
Xatırladaq ki, “Şamaxı” daha əvvəl Samir Məhərrəmli, Fuad Bayramov, İbrahim Aslanlı, Əli Mürsəlov, Əbil Əbilov, Süleyman Damadayev, Elçin Qasımov və qapıçı Əkpər Vəliyevlə vidalaşmışdı. Səbayıl Bağırov və Abdulla Seydəhmədov isə əyalət klubu ilə yeni müqaviləyə imza atıblar.


