Ruslan Qurbanov koronavirusa yoluxdu

“Zirə”nin hücumçusu Ruslan Qurbanov koronavirusa yoluxub.

Arena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov məlumat verib.

O, Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra baş tutan mətbuat konfransında Ruslanın COVİD-19 testinin pozitiv çıxdığını bildirib.

Hücumçunun test nəticəsi 2 gün öncə müsbət çıxıb. Millimizin sabiq üzvü olan Ruslan Qurbanov hazırda karantinə alınıb və komandanın məşqlərində də iştirak etmir.