Ruslan Qurbanov mövsümün son matçında oynamadı

Futbol üzrə Belarus çempionatında mövsümə yekun vurulub. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) da mövsümdəki sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 30-cu tur çərçivəsində doğma meydanda Minsk “Dinamo”su ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Ruslan bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Slaviya” mövsümü 32 xalla 16 kollektiv arasında 13-cü pillədə başa vurub və elitadakı mövqeyini qoruyub.

Qurbanov Belarus klubuna bu ilin avqustunda azad agent statusu ilə keçmişdi. O, Mozır təmsilçisində 5 çempionat matçına çıxıb, 2 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: