Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün hazırlıq çərçivəsində üçüncü və sonuncu yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda qardaş ölkənin Birinci Liqa təmsilçisi “Ərzurumspor”la üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflər 2:2 hesablı heç-heçə ilə kifayətləniblər. Azərbaycan təmsilçisinin heyətində Süleyman Alluş və Nihad Quliyev fərqləniblər.
Xatırladaq ki, “Səbail” Ərzurumdakı ilk yoxlama oyununda da “Ərzurumspor”la qarşılaşmış və 2:3 hesablı məğlubiyyətə üzülmüşdü. “Dənizçilər” Türkiyə Super Liqasında mübarizə aparan “Hatayspor”la görüşdə də “sülh bağlamışdı” – 1:1.
Bununla da paytaxt klubunun Ərzurum toplanışı başa çatıb. Komanda gecə saatlarında Azərbaycana qayıdacaq.


