“Səbail” Premyer Liqada rekordunu təkrarladı, ilkə imza atdı

“Səbail” komandası futbol üzrə Azərbaycan çempionatlarında özünün ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

Bu, Azərbaycan Premyer Liqasının 4-cü turunun “Kəpəz”lə ev görüşündə gerçəkləşib. Paytaxt təmsilçisi Gəncə klubunu dörd cavabsız qolla üstələyib.

“Səbail” tarixində ikinci dəfə Premyer Liqa matçında 4 top fərqi ilə qalib gəlib. 2018-ci il noyabrın 10-da “Sabah”la qarşılaşmada da 4:0 hesabına sevinən “dənizçilər” həmin vaxt səfərdə qələbə qazanıb.

Həmin nəticəni təkrarlayan paytaxt klubu həm də evdə ən böyükhesablı qələbəsini rəsmiləşdirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: