Futbol üzə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail” komandası ölkə çempionatları tarixində 50-ci heç-heçəsinə imza atıb.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 24-cü turunda gerçəkləşib.
228-ci matçına çıxan Bakı klubu “Araz-Naxçıvan”la qolsuz sülhə imza atıb. “Səbail” evdə 27, səfərdə 23 heç-heçə edib.
Xatırladaq ki, “Səbail”in ilk bərabərliyi 2017-ci il noyabrın 25-də “Sumqayıt”la səfər görüşünə təsadüf edib – 0:0.


