“Sabah” 2 futbolçusunu “Kəpəz”ə icarəyə verdi

“Sabah” gənc futbolçuları Abdulla Rzayev və İdris İnqilablını icarəyə verib. Arena.az xəbər verir ki, hər iki futbolçu cari mövsümün sonuna kimi Gəncənin “Kəpəz” klubunda çıxış edəcək.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Abdulla Rzayev cari mövsümün ilk yarısını icarə əsasında “Şamaxı” klubunda çıxış edib. İdris isə mövsümün ilk yarısını “Sabah”da keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: