“Sabah” – “Araz-Naxçıvan” 2:0 – Video

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Sabah” – “Araz-Naxçıvan” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir:

Azərbaycan Premyer Liqası
25-ci tur
2 mart

“Sabah” – “Araz-Naxçıvan” 2:0
Qollar: Emmanuel Apeh, 54. Kahim Parris, 90+6-pen.
Sarı vərəqələr: Boyan Letiç, 59 (qeyri-idman hərəkəti) – Məhəmməd Kadiri, 32 (qeyri-idman hərəkəti). Miço Kuzmanoviç, 57 (qeyri-idman hərəkəti).
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Araz Bağırov, 41 (“Araz-Naxçıvan) (hakimin qərarına etiraz). Rail Məlikov, 72 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 6 dəqiqə.
Saat 18:30. “Bank Respublika Arena”, 1005 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Kamran Bayramov.
Dördüncü hakim: Fərid Hacıyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Sabah: 1. Yusif İmanov, 8. Ayaz Quliyev (4. Elvin Camalov, 75), 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov (17. Tellur Mütəllimov, 90+2), 70. Jesse Sekidika, 19. Emmanuel Apeh (88. Xəyal Əliyev, 75), 27. Jarl Marqarita (28. Kahim Parris, 75).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 9. Anatoli Nuriyev, 6. Abdulla Xaybulayev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 3. Con İrasabal.
Məşqçi: Ruslan Qafitullin.

Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı (6. Vadim Abdullayev, 71), 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando (8. İsmail Azzaui, 27), 23. Nuno Rodriqes (17. İldar Ələkbərov, 71), 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 9. Elvis Maşike, 29. Vanderson Melo.
Baş məşqçi: Azər Bağırov.