Futbol üzrə Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Arena.az xəbər verir ki, “bayquşlar” bu raundda İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə üz-üzə gələcəklər.
İsrail təmsilçisi ÇL-in 3-cü təsnifat mərhələsinin hər iki oyununda Serbiya çempionu “Srvena Zvezda”ya qalib gələrək rəqibini mübarizədən kənarlaşdırıb. Ev oyununda 1:0 hesablı qələbəyə sevinmiş “Hapoel” səfərdəki cavab görüşündə daha inamlı hesabla qələbə qazanıb – 2:0.
Xatırladaq ki, “Sabah” da Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarka çempionu “Orhus”u mübarizədən kənarlaşdırıb. Səfərdə 1:2 hesabıyla məğlub olmuş Azərbaycan çempionu doğma medyanda bu rəqibini darmadağın edib – 4:0.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.


