“Sabah” – “Hapoel” matçı İştvan Kovaça tapşırıldı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) oyununun hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu komandalar arasında avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi İştvan Kovaç olacaq. Ona Mixay Marika və Ferents Tunyodi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək. VAR hakimi almaniyalı Bastian Dankert, onun assistenti isə rumıniyalı Katalin Popa olacaq.

Xatırladaq ki, “Sabah” – “Hapoel” qarşılaşmasına saat 20:45-də start veriləcək.

Bu komandalar arasında səfərdə keçirilmiş ilk matçda Azərbaycan çempionu 1:2 hesablı məğlubiyyətlə üzləşmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: