“Sabah” klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib. Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis Murad Musayev bu klubun əsas komandasının baş məşqçisi təyin edilib.
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 37 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Murad Musayevin son iş yeri Rusiyanın “Krasnodar” klubu olub. O, 2018-ci ildən 2021-ci ilə qədər bu komandanı çalışdırıb.
Musayev yeni komandasındakı işinə gələn həftə başlayacaq.
Xatırladaq ki, “Sabah” bu mövsümə Ramin Quliyevin rəhbərliyi altında başlasa da, uğursuz nəticələr səbəbindən oktyabrın 21-də azərbaycanlı məşqçini istefaya göndərmişdi.
Sözügedən kollektiv bu mövsüm Premyer Liqada keçirdiyi 8 oyunda cəmi 4 xal qazanıb və sonuncu pillədə qərarlaşıb.


