Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunun bu gün baş tutan “Sabah” – “Şamaxı” matçı bərabərliklə (2:2) başa çatdı.
Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
1-ci tur
4 avqust
“Sabah” – “Şamaxı” 2:2
Qollar: Namiq Ələsgərov, 16. Xəyal Əliyev, 37 – Rüfət Abbasov, 44. Belaydi Pusi, 52.
Sarı vərəqələr: Namiq Ələsgərov, 2 (qeyri-idman hərəkəti) – İlkin Muradov, 35 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 6 dəqiqə.
Saat 17:30. “Masazır Arena”, 503 tamaşaçı.
Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov.
Dördüncü hakim: Fərid Hacıyev.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Sabah: 1. Yusif İmanov, 10. Namiq Ələsgərov (20. Coy Lens Mikels, 58), 17. Tellur Mütəllimov (7. Boyan Letiç, 74), 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov (4. Elvin Camalov, 58), 22. Abdulla Rzayev (2. Amin Seydiyev, 21), 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 70. Jesse Sekidika (k), 13. İvan Lepiniça, 99. Neqoş Kupusoviç (18. Pavol Şafranko, 46).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov.
Baş məşqçi: Krunoslav Renduliç.
Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli (22. Qurban Səfərov, 64), 6. Rauf Rüstəmli (24. Edqar Adilxanov, 90+1), 82. Rüfət Abbasov, 32. Vasili Radenoviç, 11. Conatan Benteke (10. Emin Zamanov, 64), 7. Georgi Kantariya (5. Arsen Ağcabəyov, 82), 9. Belaydi Pusi (97. Elşad Tağıyev, 90+1), 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 80. Zahid Mərdanov, 19. Fəxri Məmmədli.
Baş məşqçi: Ayxan Abbasov.