“Sabah” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Sent-Patriks Atletik”lə qarşılaşıb.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı cavab görüşü Masazırda baş tutub.
Krunoslav Renduliçin rəhbərlik etdiyi komanda səfərdə minimal hesabla məğlub olmuşdu. Bu üzdən də pley-offa vəsiqə qazanmaq üçün bu gün doğma meydanda keçirilən cavab görüşündə mütləq inamlı qələbə qazanmaq lazım idi. Amma ilk oyunda olduğu kimi, yenə azlıqda qalan və minimal hesabla uduzan Azərbaycan təmsilçisi Konfrans Liqası ilə vidalaşmalı olub.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
15 avqust
“Sabah” – “Sent-Patriks Atletik” 0:1
Qol: Zaxari Elbuzedi, 48.
Qırmızı vərəqə: Sofian Çakla, 27.
Hakimlər: Marsel Birsan, Radu Qinquleas, Adrian Vorniku, Andrey Antonie.
VAR hakimləri: Radu Petresku, Rares Vidikan (hamısı Rumıniya).
“Masazır Arena.”
İlk oyun – 0:1.
Sabah: 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrasabal, 44. Sofian Çakla, 2. Amin Seydiyev, 4. Elvin Camalov (k) (9. Anatoli Nuriyev, 79), 70. Jesse Sekidika (77. Şakir Seyidov, 79), 6. Abdulla Xaybullayev (5. Rəhman Daşdəmirov, 30), 20. Coy Lens-Mikels, 11. Kahim Parris (10. Namiq Ələsgərov, 58), 18. Pavol Şafranko (88. Xəyal Əliyev, 58).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 14. İqor Noqeyra, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.
Sent-Patriks Atletik: 94. Jozef Ananq, 21. Aksel Syöberq, 5. Tom Qrivosti, 4. Jozef Redmond (k), 3. Antoni Breslin, 6. Ceymi Lennon, 8. Kris Forrester (16. Aaron Bolger, 74), 9. Meyson Melia (18. Aydan Kina, 74), 17. Romal Palmer (30. Əl-Amin Kazem, 90), 20. Ceyk Malreni (10. Kian Levi, 78), 26. Zaxari Elbuzedi (11. Ceyson Maklilland, 90).
Ehtiyat oyunçular: 1. Daniel Rocers, 14. Brendon Kavanax, 19. Aleks Nolan, 22. Konor Kili, 23. Rayan Maklaflin, 24. Lyuk Törner, 31. Maykl Nunan.
Baş məşqçi: Stefen Kenni.


