“Sabah”ın Avroliqadakı ilk rəqibi bu gün bəlli olacaq

Azərbaycan Kubokunun qalibi “Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

Arena.az xəbər verir ki, Avroliqada 2025/2026-cı illər mövsümünün ilk raundunun püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunacaq. Tədbirə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Səpələnməmişlər səbətində yer alan paytaxt təmsilçisinin 8 potensial rəqibi var:

Bunlar “Hapoel” (Beer-Şeva, İsrail), “Şaxtyor” (Donetsk, Ukrayna), “Partizan” (Serbiya), “Legiya” (Polşa), ÇFR (Kluj, Rumıniya), “Spartak” (Trnava, Slovakiya), “Çelye” (Sloveniya) və “Şerif” (Moldova) klublarıdır.

Qeyd edək ki, “Sabah” Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: