Sadıqov oynadı, “Ximki” “Krasnodar”a da uduzdu

Azərbaycanlı futbolçu İlya Sadıqov Rusiyanın “Ximki” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasında 10-cu turu çərçivəsində baş tutan “Krasnodar” ilə qarşılaşmanın iştirakçısı olub.

“Ximki” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

İlya Sadıqov bu matçın 76-cı dəqiqəsində meydana buraxılıb. O, 90+5-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bu komandada forma geyinən digər azərbaycanlı futbolçu – Ayaz Quliyev isə bu matçın iştirakçısı olmayıb. Onun adı oyunun iştirak ərizəsinə də daxil edilməyib.

“Ximki” 10 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: