Şahin Diniyev: “Hələ taktiki sistem üzərində işləməmişik”

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail”in baş məşqçisi Şahin Diniyev qardaş ölkədəki hazırlıq prosesini dəyərləndirib.

Arena.az xəbər verir ki, o, bu gün yerli “Ərzurumspor”a qarşı keçirdikləri yoxlama oyunundan sonra bunları söyləyib:

“Yeni mövsümə hazırlıq normal şəkildə davam edir. Qarşımızda duran əsas vəzifə komandanın funksional hazırlığının yüksək səviyyəyə çatmasıdır. Futbolçuların hər biri bunun üçün böyük həvəs və istəklə çalışır. Bu günə qədər taktiki sistem üzərində işləməmişik. Oyunçular sırf yükləmə dövrünün hazırlığını keçirdi”.

Şahin Diniyev Ərzurum təmsilçisi üzərindəki 4:3 hesablı qələbədən də danışıb: “Oyunun nəticəsi bizim üçün önəmli deyil. Sadəcə, komanda demək olar ki, yenidən yığılıb. Bu gün meydanda mübarizə aparan ilk “11-lik”də 8 yeni futbolçu var idi. Aralarında uyğunlaşma problemi olması normaldır. Buna baxmayaraq, komanda yaxşı mübarizə apardı. Daha yaxşısını etmək üçün potensialımız var. Bu oyun sıralarımıza yeni qoşulan futbolçuların komandaya sürətlə uyğunlaşmaq istədiklərini göstərir. Bu qarşılaşmada yorğunluq fonunda xarakter göstərdik. Düşünürəm ki, bundan sonra hər şey daha yaxşı olacaq. Həm oyun, həm də taktiki baxımdan komandanın potensialı böyükdür”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: