Qvineyalı cinah hücumçusu Salifu Suma bundan sonra Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransanın “Havr” klubundan transfer edilmiş 19 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Salifu Suma karyerası ərzində ölkəsinin “Kalum”, Fransanın “Bastiya” və “Havr” klublarının şərəfini qoruyub.
Xatırladaq ki, “Zirə” daha öncə Tiaqo Silva, Pyer Zebli, Məqsəd İsayev, Ruan Renatonu da transfer etmişdi. İsmayıl İbrahimli ilə (“Qarabağ”dan) Fuad Bayramov isə (“Şamaxı”dan) icarəyə götürülüb. Hacıağa Hacılı, Anar Nəzirov və Rüstəm Əhmədzadə isə klubla yeni müqaviləyə imza atıb.
Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu, Ruslan Abışov, Cəlal Hüseynov, Sərtan Taşkın, Məhəmməd Hamdaui, Donald Gerye və Nemanya Andelkoviç də komandanı tərk ediblər.


