Salman Ələsgərov “Şamaxı”ya lazım olmadı

Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Şamaxı” daha bir futbolçusu – Salman Ələsgərov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Şamaxının eyniadlı təmsilçisinin mətbuat xidməti vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, müqaviləsinin müddəti başa çatmış futbolçu ilə yeni sözləşmə imzalanmayıb. Klub müdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Daha öncə “Səbail”, “Zaqatala”, “Qəbələ” kimi klublarda forma geyinmiş Salman Ələsgərov 2023-cü ilin iyul ayından “Şamaxı”da çıxış edirdi. 23 yaşlı mərkəz müdafiəçisinin karyerasını harada davam etdirəcəyi bilinmir.

Xatırladaq ki, “Şamaxı” daha öncə Əkbər Vəliyev, Süleyman Damadayev (“Qəbələ”), Elçin Qasmov (“Turan Tovuz”), Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov (“Zirə”), Samir Məhərrəmli, Roman Hüseynov və Bəhruz Teymurovla da yollarını ayırmışdı. Premyer Liqanın köhnə-yeni iştirakçısı yalnız Səbayıl Bağırov və Abdulla Seydəhmədovla yeni müqavilə bağlayıb. Bahadur Həziyev isə “Səbail”dən icarədən qayıdıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: