“Şamaxı” Bəhruz Teymurov və Samir Qurbanovla yollarını ayırdı

“Şamaxı” futbol klubunda iki futbolçu ilə yolların ayrılmasına qərar verilib. Arena.az xəbər verir ki, əyalət təmsilçisi yarımmüdafiəçi Bəhruz Teymurov və Samir Qurbanovla vidalaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onların hər ikisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qurbanovla Teymurova göstərdikləri xidmətlərə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Xatırladaq ki, “Şamaxı” son dövrlərdə Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyev yeni müqavilə bağlayıb. Əyalət klubu hücumçu Emil Qasımovu da heyətinə cəlb edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: