“Şamaxı” “Qarabağ”ı “Zaqatala” ilə əvəzlədi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun “Qarabağ”la görüş təxirə salınmış “Şamaxı” yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sözügedən komanda avqustun 16-da Birinci Liqa təmsilçisi “Zaqatala” ilə qarşılaşacaq. Şamaxı şəhər stadionunda baş tutacaq oyuna saat 17:30-da start veriləcək.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib. Bu üzdən də PFL bu matçın təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınan qarşılaşmanın tarixi ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, klubların əvəzedici heyətlərinin oyunu ilə bağlı hər hansı dəyişiklik yoxdur.

“Qarabağ” Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə ardıcıl iki qələbə ilə başlayıb və 6 xalla liderdir. “Şamaxı” isə ilk 2 turdan sonra 1 xalla 7-ci sırada qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: