Samir Abasov: “Güc bölgüsü tam olacaq” – Video

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Neftçi”nin baş məşqçisi Samir Abasov “Neftçi TV”yə müsahibə verib.

Arena.az xəbər verir ki, təlim-məşq toplanışını dəyərləndirən çalışdırıcı ilk sınaq matçı haqda da danışıb:

“İlk iki yoxlama oyunumuz fiziki yükləmələr altında keçəcək. Güc bölgüsü də demək olar ki, tam olacaq. Düşünürük ki, iki məşqdən sonra fiziki yorğunluq altında qarşıdakı iki matçda gücləri bölərək bütün futbolçuları oynadaq”.

Qeyd edək ki, “Neftçi” bu gün Polşa təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq. “Ağ-qaralar” İsrailin “Hapoel” (Təl-Əviv) komandası ilə qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq. Rəqib komandanın istəyinə əsasən görüş qapalı keçiriləcək. Matç “Neftçi TV” ilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Neftçi” digər sınaq matçlarında iyulun 22-də “Termalitsa” (Nyeçetşa, Polşa), 27-də “Asteras” (Tripolis, Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.

Samir Abasov ilə müsahibənin tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: