Samir Məhərrəmli də “Şamaxı”ya lazım olmadı

2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şamaxı” futbolçusu Samir Məhərrəmli ilə yollarını ayırıb.

Arena.az bu barədə əyalət təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Klubdan verilən məlumata görə, yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb. Premyer Liqanın köhnə-yeni iştirakçısı Samirə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Samir Məhərrəmli “Şamaxı”ya 2023-cü ilin avqust ayında “Sabah”dan keçmişdi. 21 yaşlı futbolçu daha öncə “Kəpəz”, “Qəbələ” və “Sabah”da forma geyinib.

Xatırladaq ki, “Şamaxı” Samir Məhərrəmlidən əvvəl Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı və Fuad Bayramovla da yollarını ayırmışdı. Səbayıl Bağırov və Abdulla Seydəhmədovla isə yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: