Kamerun Futbol Federasiyasının (FECAFOOT) prezidenti Samuel Eto’O Kamerunda danışılmış oyunların təşkilində şübhəli bilinir.
Arena.az bu barədə “Sports News Africa”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, müvafiq xəbər audio yazıya əsaslanır. Samuel Eto’O ilə daha çox “Viktoriya Yunayted” kimi tanınan Kamerunun İkinci Divizion klubu “Opopo”nun prezidenti arasında telefon danışığının audio yazısının məzmunu, ötənlərin məşhur kamerunlu hücumçusunu şübhə altına alır:
“Opopo” Birinci Diviziona yüksəlməlidir. Bu, bizim məqsədimizdir (…) Bu, bizim Federasiyamızdır. Biz dörd nəfərik, sən və daha iki nəfər. “Viktoriya Yunayted” yüksələcək”, deyə mənbə səs yazısına əsasən Eto’Odan sitat gətirib.
Mövsümün sonunda turnir cədvəlində 2-ci yeri tutmuş “Stad de Bertua” futbol federasiyası tərəfindən diskvalifikasiya olunduqdan sonra, “Viktoriya Yunayted” Kamerunun yüksək liqasına yüksəlib.
Eto’O isə öz növbəsində danışılmış oyunlarda iştirakını inkar edir:
“Söhbətdə, pulunu yatıran və bəzilərimiz işimizi görmədiyi üçün futbolu tərk etmək istəyən “Opopo” prezidentini müdafiə etmişəm.
Hakimlər Assosiasiyasının prezidentinə zəng edib dedim: “Ehtiyatlı ol! Bu adam futbola çox pul yatırır, bu səbəbdən də hakimlərin yalnız bir şeyi – komandasının çempionatın ən yaxşılarından biri olmasını istəyən kəsi öldürməsinə icazə vermək olmaz”, deyə məşhur Eto’O mövqeyini açıqlayıb.
Rəsmi dairələrdən məlumata münasibət hələ bildirilməyib.


