“San Siro” ÇL-in finalını keçirmək hüququndan məhrum edildi

UEFA 2026/2027 mövsümündə Çempionlar Liqasının finalını Milanın “San Siro” stadionunda keçirmək hüququnu ləğv etmək qərarına gəlib.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

UEFA-nın mətbuat xidməti qurumun müvafiq bəyanatını açıqlayıb:

“Milan Bələdiyyəsi şəhərdəki yenidənqurma işlərinin “San Siro” stadionuna və onun ətrafına təsir etməyəcəyinə zəmanət verə bilmədiyinə görə Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün finalı üçün tender prosesinin yenidən açılması qərarı bu gün qəbul edilib.

Yeni stadionla bağlı qərarın 2025-ci ilin may-iyun aylarında veriləcəyi gözlənilir”, – UEFA-nın rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, Çempionlar Liqasının cari qalibi finalda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub etmiş “Real”dır.

Xəbəri sosial şəbəkələrdə paylaş: