İtaliyanın “İnter” və “Milan” komandalarının ev oyunlarını keçirdikləri “San Siro” (və ya “Cüzeppe Meatsa”) stadionu söküləcək.
Arena.az xəbər verir ki, bu barədə jurnalist Tankredi Palmeri sosial şəbəkədəki səhifəsində məlumat verib.
Milan Şəhər Şurası stadionun “Milan” və “İnter” klublarına satılması barədə qərar qəbul edib. Palmerinin sözlərinə görə, klublar stadionu sökəcəklər. İtaliyanın “İl Messaggero” qəzeti yazır ki, 2032-ci il Avropa çempionatı üçün daha müasir və funksional obyekt tikiləcək.
San Siro stadionu 1926-cı ildə tikilib və iki dəfə (1956, 1989) təmir olunub. O, 80 000-dən çox tamaşaçı qəbul edə bilər. Stadionda 1934 və 1990-cı il Dünya Kuboklarının, 1980-ci il Avropa Çempionatının, iki Avropa Kubokunun finalı və iki UEFA Çempionlar Liqasının final mərhələsinin oyunları keçirilib.
Onu da xatırladaq ki, bu arenada 2026-cı ilin 6 fevralında Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.


