Qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci mərhələsinin “Sankt-Pölten” – “Neftçi” matçının hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, qadın futbolçulardan ibarət komandalar arasında Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının birinci mərhələsində Avstriyanın “Sankt-Pölten” kollektivinə qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.
UEFA sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq görüşü Xorvatiya və İtaliyadan olan hakimlər briqadasına həvalə edib.
Matçda baş hakim kimi Yelena Kumer fit çalacaq. Ona bu işdə Sanya Rodyak-Karşiç, Françeska Di Monte kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mariya Marotta yerinə yetirəcək.
UEFA Çempionlar Liqası
Birinci mərhələ
4 sentyabr
“Sankt-Pölten” – “Neftçi”
Baş hakim: Yelena Kumer (Xorvatiya).
Baş hakimin köməkçiləri: Sanya Rodyak-Karşiç (Xorvatiya), Françeska Di Monte (İtaliya).
Dördüncü hakim: Maria Marotta (İtaliya).
Tsxaltubo Texniki Mərkəzi. Saat 18:00.


