Saşa İliç: “Sevinsəm də, oyundan tam razı qalmadım”

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Sumqayıtda keçirilmiş oyunda meydan sahibləri 4:1 hesablı qələbəyə seviniblər.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Uğursuz seriyadan sonra qələbə qazanmaq xoşdur. Amma oyundan tam razı deyiləm. Tam heyəti yığmaqda problem yaşayırıq. Rəşidin zədəsi var, Rüstəm və Səbuhi milli komandada idilər. Bəzi gənc oyunçulara şans verdik. İndiki məqamda əsas məqsədimiz odur ki, optimal heyətlə bir neçə oyun oynayaq. Qələbəyə görə sevinirəm. Amma mənim planlaşdırdığım oyunu bu gün tam olaraq görə bilmədik. Bəzi oyunçuların fərdi səhvləri oldu”.

İliç qış transfer pəncərəsi zamanı Serbiyadan tanıdığı futbolçuları “Sumqayıt”a dəvət edib-etməyəcəyinə dair sualı isə belə cavablandırıb:

“Mənim üçün futbolçunun hansı ölkədən olması önəmli deyil. Əsas onun faydalı olmasıdır. Qışda bizə yeni oyunçular lazım olacaq. Bizi qarşıda çətin oyunlar gözləyir. Hazırda növbəti turun matçını düşünürük. Mənim futbolçulardan tələb etdiyim oyunlara 100 faiz hazır olmalarıdır. Bütün məşqlərimiz də buna yönəlib”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: